Dördayaqlı robot 3 tonluq sərnişin təyyarəsini yerindən tərpədib

[ 04 İyun, 2019  10:03 ]

ABŞ-ın tanınmış robot texnikası istehsalçısı “Boston Dynamics” şirkəti 10 “SpotMini” robotunun ağır yük maşınını dartdığını əks etdirən video yayımlamışdı. İtaliya Texnologiya İnstitutunun Dinamik Sistemlər Laboratoriyasının mütəxəssisləri bundan ilhamlanaraq, istehsal etdikləri “HyQReal” robotunu sərnişin təyyarəsini dartmağa məcbur ediblər.

Daha əvvəl “HyQ” robotu yalnız ayaqları üzərində dayana bilirdi. Bir müddət sonra robotun konstruksiyası bir neçə dəfə təkmilləşdirildi və artıq itdən bir qədər böyük olan “HyQReal” robotu inanılmaz gücə malikdir.

dailytechinfo.org saytının məlumatına görə, uzunluğu 133 sm, hündürlüyü isə 90 sm olan robotun çəkisi 130 kq təşkil edir. Bu çəkinin əhəmiyyətli hissəsi hidravlik sistemi hərəkətə gətirən, dörd elektrik mühərrikini enerji ilə qidalandıran 48 voltluq akkumulyator batareyasının payına düşür. İki bort kompüteri bütün elektronikanı idarə edir. Bütün bunlar qoruyucu alüminium karkasla örtülüb, üzərinə kevlar və plastik kütlədən hazırlanmış “dəri” üz çəkilib.

“HyQReal” robotunun qoşulduğu təyyarə “Piaggio P180 Avanti” adlı kiçik sərnişin təyyarəsidir. Uzunluğu 14 metr olan təyyarənin çəkisi 3,3 ton təşkil edir. Robot təyyarəni yerindən tərpədərək irəli dartmaq üçün öz rezin ayaqları ilə ondan bütün qüvvəsi ilə yapışmalı olub.

Bütün bunlar ilk baxışdan mənasız əyləncə kimi görünə bilər, lakin “HyQReal” robotu təbii fəlakətlər və texnogen qəzalar zamanı zərər çəkmiş insanlara yardım etmək üçün hazırlanıb. Bu zaman robot öz bacarıqlarından və gücündən istifadə edərək, məsələn, yaralı insanı uçqundan çıxara biləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >