İlk “5G” noutbuk təqdim edilib

[ 03 İyun, 2019  10:02 ]

Tayvanın paytaxtı Taybeydə keçirilən “Computex 2019” sərgisində “Lenovo” və “Qualcomm” şirkətləri dünyada beşinci nəsil şəbəkəsini (5G) dəstəkləyən ilk noutbuk təqdim ediblər.

ferra.ru saytının məlumatına görə, “Project Limitless” adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış “Snapdragon 8cx” platforması ilə işləyir. Sistem “Kryo 495” səkkiznüvəli əsas prosessor və “Adreno 680” qrafik nüvəsi ilə, noutbuk beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib. Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.

Sözügedən şirkətlər 2020-ci ilin əvvəlinədək “Project Limitless” noutbukunun istehsalını planlaşdırırlar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >