Neyroşəbəkə bir statik təsvir əsasında portretləri “canlandırır”

[ 31 May, 2019  15:33 ]

Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun mühəndisləri və “Samsung AI Center-Moscow” Süni İntellekt Mərkəzinin mütəxəssisləri cəmi bir neçə statik kadr əsasında insanın sifətinin real animasiyalaşdırılmış təsvirini yaradan sistem hazırlayıblar. Adətən bu zaman təsvirlərdən ibarət böyük məlumat bazalarından istifadə tələb olunur, lakin istehsalçılar tərəfindən təqdim edilmiş nümunədə sistemə cəmi 8 statik kadrdan insan sifətinin animasiyalaşdırılmış təsvirini yaratmağı öyrədiblər.

hi-news.ru saytının məlumatına əsasən, “Fewshot learning” adlı sistem insanların danışan başlarının və hətta portret şəkillərinin real modellərini yarada bilir. Sistemin öyrədilməsi üçün istehsalçılar tanınmış simaların video təsvirlərindən ibarət geniş məlumat bazasından istifadə ediblər. İnsanların başlarının statik təsvirlərinin emalı və animasiyalaşdırılması üçün 3 neyroşəbəkədən istifadə olunub: “Embedder” (tətbiqetmə şəbəkəsi), “Generator” (generasiya şəbəkəsi) və “Discriminator” (diskriminator şəbəkəsi).

İstehsalçılar bildiriblər ki, yeni sistem təsvirdəki hər bir insan üçün fərdi şəkildə, generator şəbəkəsi və diskriminator şəbəkəsinin parametrlərini inisializasiya edə bilir. Buna görə də təlim prosesi cəmi bir neçə təsvirə əsaslanır. Bu da milyonlarla parametrin seçilməsi ehtiyacına baxmayaraq, sistemin sürətini artırır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >