Arterial qanaxmanı dayandıran hidrogel hazırlanıb

[ 29 May, 2019  09:15 ]

Qarşısıalınmaz qanaxma cərrahi prosedurlar zamanı və travma nəticəsində yaranan çox ciddi problemdir, insan həyatı üçün böyük təhlükədir.

Çinin bir neçə elmi müəssisəsinin alimlərindən ibarət qrup deşilmiş arteriyadan qanın axmasını dayandıran hidrogel hazırlayıb. Alimlər hidrogelin necə hazırlandığını və heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini qeyd edirlər.

Bir çox hallarda qanaxma böyük arteriyanın və ya qaraciyər kimi orqanın zədələnməsi nəticəsində yaranır. Bütün hallarda təcili olaraq, qərar qəbul etmək lazımdır, əks təqdirdə zərər çəkmiş öləcək. Hazırda belə yaranın müalicəsi onun bağlanması üçün tikişlərin qoyulması ilə arteriyanın sıxılmasından ibarətdir. Daha əvvəl alimlər yaraları “yapışdırmaq” üçün bir növ yapışqan yaratmağa çalışırdılar, lakin hələ ki, onların heç biri düşünüldüyü kimi işə yaramayıb. Belə ki, ya yapışqan zəhərli materiallardan ibarət olub, ya da qanaxma zamanı mayenin yüksək təzyiqinə qarşı durmaq üçün kifayət qədər möhkəm olmayıb. Artıq alimlər yeni hidrogeli yaratmaqla hər iki problemin həllinə nail olublar.

hi-news.ru saytının məlumatına görə, hidrogel su, jelatin, zülal və başqa kimyəvi maddələrin qarışığından ibarətdir. Onun strukturu insanın birləşdirici toxumalarına maksimal dərəcədə bənzədilib. Ultrabənövşəyi işıq gelin üzərinə düşdükdə o, cəmi 20-30 saniyə ərzində yaraya yapışaraq və qanın axmasının qarşısını alaraq, bərkiyir və sıxlaşır. Alimlər qeyd edirlər ki, hidrogel 290 mm civə sütununa bərabər təzyiqə davam gətirə bilər.

Tədqiqatçılar həmçinin bildirirlər ki, donuzun yuxu arteriyasını deşib yaraya gel qoyaraq, hidrogeli sınaqdan keçiriblər. Hidrogel yaranı bağlayaraq donuzun həyatını xilas etməklə yanaşı, həm də yaranın sağalmasına imkan verib. Bundan başqa, hidrogel orqanizmə zərər vurmadan parçalanmağa başlayıb. Sonra alimlər dovşanın bud arteriyası və qaraciyərindən qanın axmasını dayandırıblar. Hidrogeli insan üzərində sınaqdan keçirməzdən əvvəl onun təhlükəsizliyinin araşdırılması tələb olunur. Lakin ilkin nəticələri artıq müvəffəqiyyətli hesab etmək olar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >