Baktelecom yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır

[ 28 May, 2019  09:14 ]

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi“Bakı Telefon Rabitəsi” MMC yay mövsümündə Bakı ətrafı ərazilərə əhali axınını nəzərə alaraq bu il də “Simsiz rabitə” şəbəkəsinin əhatə dairəsini genişləndirir. Daha çox sakinə xidmət göstərmək məqsədi ilə mövcud 140 baza stansiyasının tutumu artırılaraq şəbəkə gücləndirilir. Həyata keçirilən tədbirlər əhalinin sıx məskunlaşdığı ərazilərdə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin verilməsini təmin edəcək.

Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə “Simsiz rabitə” xidməti göstərilir. Yaxın zamanda baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim olunan “Simsiz rabitə” xidməti LTE (LTE – Long Term Evolution) texnologiyası əsasında təmin olunur. Texnologiya məhdud infrastrukturlu ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmağa imkan yaradır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >