“Nike Fit” smartfonun köməyilə ideal ayaqqabını seçməyə kömək edəcək

[ 27 May, 2019  12:45 ]

Onlayn mağazalardan alınan əşyaların əsl ölçüsünün tapılması bütün onlayn ticarət üçün əyləc rolunu oynayır. “Nike” şirkəti bu məsələnin həllinə töhfə verməyi qərara alaraq, virtual ayaqqabı seçmə xidmətini hazırlayıb. “Nike Fit” adlanan servis yalnız smartfondan istifadə etməklə, konkret ayağın parametrlərini dəqiqliklə ölçməyə imkan verir.

Bunun üçün ayaqqabını çıxarmaq, ayaqyalın və ya corabla dayanmaq, ayaqları düz saxlamaq və smartfonun arxa kamerasını onların üzərinə yönəltmək tələb olunur. Proqramın təlimatlarını izləyərək, cihazı üfüqi şəkildə saxlamaq, sonra proqramın ayaqları skan etməsini gözləmək lazımdır. Cəmi bir neçə saniyə ərzində hər ayaq üçün 13 əsas nöqtə arasındakı məsafələr ölçülür.

techcult.ru saytının məlumatına görə, ayaqqabının ideal ölçüsünün necə hesablanması kommersiya sirridir. Bununla “Nike” şirkətinin ixtisaslaşmış süni intellekti məşğul olur. Hər bir ölçmə məlumatı toplanaraq, kommersiya fəaliyyətində istifadə olunur. Bu, dəyərli informasiyadır, çünki ayaqqabı istehsalçıları müştərinin ayaqlarını “tanımaq” və ona optimal məhsulu təklif etmək imkanına malik olmaq istəyirlər.

Yeni proqram ayaqqabı alarkən ölçü ilə bağlı riski və məhsulun axtarışına sərf olunan vaxtı minimuma endirir. Həmçinin məhsulların qaytarılması hallarını əhəmiyyətli dərəcədə azaldır ki, bu da onlayn ticarətin inkişafına təkan verir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >