3D-printerdə Marsda yaşayış üçün ev çap olunub

[ 23 May, 2019  11:01 ]

NASA-nın müsabiqəsi çərçivəsində ABŞ-ın “AI SpaceFactory” dizayn və arxitektur şirkəti 3D-printer vasitəsilə Ayda və Marsda yaşayış üçün ev çap edib.

belta.by saytının məlumatına görə, müsabiqə zamanı iştirakçılardan Marsda tapılan materiallar vasitəsilə bina maketi qurmaq tələb olunub. “AI SpaceFactory” öz modelini bioparçalanan və yenidən emal edilən biopolimer bazalt kompozitindən çap edib. Ev möhkəmlik və hermetiklik baxımından sınaqlardan uğurla keçib. Bu layihəyə görə agentlik NASA-dan 500 min ABŞ dolları məbləğində mükafat əldə edib.

Qeyd edək ki, 2015-ci ildə NASA uzunmüddətli kosmik missiyalar üçün ekoloji evin hazırlanması məqsədilə “3D-Printed Habitat Challenge” layihəsini təqdim etmişdi.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >