Süni intellekt jurnalistləri əvəz edib

[ 19 May, 2019  14:43 ]

Sinqapur redaksiyası “Esquire” jurnalının süni intellektin köməyi ilə hazırlanan nömrəsini dərc edib. Alqoritmlər redaktor yazısı və beş jurnalist mətnini hazırlayıblar.

“AI Squire” təxəllüsünü alan “müəllif” hər mətni hazırlamaq üçün bir neçə dəqiqə sərf edib.

ferra.ru saytının məlumatına əsasən, “Esquire” üçün botu “AI QLX” şirkəti hazırlayıb. Süni intellekt informasiyanı yazmaqdan əlavə, jurnalist mətnləri üçün mövzuları fikirləşmək imkanına da malikdir.

Qeyd edək ki, alqoritm süni intellekt, dəb və texnologiyaların tarixinə həsr edilən mövzular barədə materiallar yazıb. 

Jurnalın baş redaktoru bildirib ki, “jurnalistləri robotlarla əvəz etmək olarmı?” sualını cavablandırmaq bu sınağın əsas məqsədidir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >