Robotlar tərəfindən yetişdirilən göyərti satışa çıxarılıb

[ 12 May, 2019  09:32 ]

Kaliforniyanın “Iron Ox” şirkəti robotların avtomatlaşdırılmış fermada yetişdirdikləri göyərtini satışa çıxarıb.

ferra.ru saytının məlumatında bildirilir ki, ötən ilin oktyabr ayında yaradılmış fermada çoxsaylı robotlar (manipulyatorlar və özüyeriyən yükdaşıyanlar) “işləyirlər”. İnsanlar isə şitilləri əkir, bitkiləri satış üçün qablaşdırırlar. Şirkət rəhbərinin sözlərinə görə, fermada məhsulun yetişdirilməsinə kömək edən süni intellekt texnologiyalarından istifadə olunur.

San-Karlos şəhərində yerləşən mağazadan yalnız turşəng (60 qram 2,49 dollar), reyhan (1 qutu 2,99 dollar) və kahı (1 qutu 4,99 dollar) əldə etmək olar.

Ekspertlərin fikrincə, avtomatlaşdırılmış əkinçilik hələ ki, ənənəvi fermaları əvəz edə bilmir, lakin bazarda öz yerini alır. Bundan başqa, belə fermalar daha az yer tutur və onları şəhərlərə daha yaxın yerlərdə təşkil etmək olar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >