Süni intellekt 20 il gizlənən cinayətkarı tutmağa kömək edib

[ 11 May, 2019  09:29 ]

Çinin “DeepGlint Technology” şirkətinin hazırladığı süni intellekt əsasında sifətin tanınması sistemi yerli polisə 20 il ərzində gizlənən cinayətkarı saxlamağa kömək edib. Cinayətkarın tutulması və törətdiyi əməl barədə ətraflı məlumat verilməsə də, şirkət nümayəndələri texnologiya vasitəsilə artıq 100-dən çox şübhəli şəxsin saxlanıldığını bildiriblər.

“DeepGlint Technology”nin əməkdaşlarının sözlərinə görə, sistem insan gözünün strukturuna əsaslanır və kameraların köməyi ilə 50 metr məsafədən insanı və nəqliyyat vasitələrini fərqləndirə bilir. Şübhəli hərəkətlər aşkarlanan zaman dərhal bildiriş alan hüquq-mühafizə orqanları tərəfindən vəziyyətə müvafiq reaksiya göstərilir.

4pda.ru saytının məlumatına əsasən, Çində sifətin tanınması sistemləri cinayətkarların axtarışı ilə yanaşı, qayda pozuntularının aşkarlanması məqsədilə vətəndaşların davranışının izlənilməsi üçün geniş istifadə olunur. Bu, ideal cəmiyyət yaratmaq məqsədi daşıyan vahid sosial reytinq sisteminin tərkib hissəsini təşkil edir. Bu yaxınlarda texnologiyanın tətbiqinin ilkin nəticələri məlum olub.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >