Pasiyentə ilk dəfə dronun çatdırdığı donor orqanı köçürülüb

[ 01 May, 2019  12:44 ]

ABŞ-ın Merilend Universitetinin tədqiqatçıları ilk dəfə olaraq, insan orqanının çatdırılması üçün pilotsuz uçuş aparatından istifadə ediblər.

hitech.newsru.com saytının məlumatına görə, dron donor böyrəyini Baltimorda Merilend Universitetinin Tibb Mərkəzinə çatdırıb. Uçuş müddəti barədə məlumat verilməsə də, universitet əməkdaşları tərəfindən hazırlanan xüsusi konteynerdə olan böyrək təhlükəsiz şəkildə çatdırıldıqdan sonra həkimlər onu 8 ildir ki, əməliyyat olunmağı gözləyən 44 yaşlı pasiyentə köçürüblər. Əməliyyat uğurla başa çatıb və qadın 1 həftə sonra xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, donor orqanlarının operativ çatdırılması transplantasiya üzrə uğurlu əməliyyatın təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Statistikaya görə, yolda müxtəlif hadisələr və gecikmələrlə əlaqədar orqanların 1,5 faizi köçürülmə üçün yararsız hala düşür. Dronlardan istifadə isə orqanların çatdırılmasını sürətləndirə və bu göstəricini azalda bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >