Canlı orqanizmə bənzəyən süni material yaradılıb

[ 29 Aprel, 2019  17:14 ]

Dünyanın müxtəlif ölkələrindən olan alimlər süni və canlı orqanizmlər arasındakı sərhədi silməyə çalışırlar ki, sərbəst şəkildə özünəbənzər robotlar yarada bilən robotları istehsal edə bilsinlər. Bu istiqamətdə ilk addım ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları tərəfindən atılıb. Belə ki, onlar canlı orqanizmlərin üç əsas xüsusiyyətini (özünütəşkil, maddələr mübadiləsi və inkişaf qabiliyyəti) göstərən bioloji material yaradıblar.

hi-news.ru saytının məlumatına görə, materialın əsasında iyerarxiya materiallarının toplanması və sintezini təmin edən dezoksiribonuklein turşusu dayanır. Maddələr mübadiləsi və bərpası üçün təlimat birbaşa materialda düzgün şəkildə kodlanır və nəticədə selik kimi bir maddənin istehsalı sayəsində irəliləyir. Hərəkət tamamilə aşkar üsulla baş verir. Belə ki, seliyin yeni sapları ön tərəfdən böyüyür və materialı irəli çəkirlər, arxadakı saplar isə qırılır və parçalanır.

“Biz süni maddələr mübadiləsinə əsaslanan materialın tamamilə yeni konsepsiyasını tətbiq etdik. Biz canlı orqanizm deyil, daha həqiqi görünən materiallar yaradırıq”, – deyə tədqiqat müəlliflərindən biri Den Luo söyləyib.

Alimlər bildirirlər ki, materialda gedən proseslər insan müdaxiləsi tələb etmir. Material primitiv olsa da, canlı orqanizmlərə bənzəyən robotların yaradılmasında əsas rol oynayacaq.

Gələcəkdə tədqiqatçılar materiala qida və işıq kimi müxtəlif qıcıqlandırıcıları cəlb etməyi öyrətmək, həmçinin materialın yararlılıq müddətini artırmaq niyyətindədirlər. Bütün bunlar tamamilə mümkündür, çünki tədqiqatçılar hələ ki, biomolekullardan robotların yaradılmasının birinci mərhələsindədirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >