Ən çox ələ keçirilən şifrələr məlum olub

[ 28 Aprel, 2019  13:12 ]

Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri internetdə ən çox ələ keçirilən şifrələrdən ibarət siyahını tərtib ediblər. Tədqiqat zamanı ekspertlər 100 min şifrə haqqında informasiyadan ibarət məlumat bazasını təhlil ediblər. Hakerlər hesabların “sındırılması” üçün məhz bu şifrələrdən istifadə ediblər.

iz.ru saytının məlumatına görə, siyahıda birinci yeri dünyada 23,2 milyon qurbanın hesabında istifadə edilən “123456” şifrəsi tutub. Sonrakı yerlərdə “123456789” (7,7 milyon), “qwerty” (3,8 milyon), “password” (3,6 milyon) qərarlaşıb. Liderlər beşliyini 3,1 milyon qurban tərəfindən istifadə olunan “1111111” şifrəsi tamamlayıb.

Həmçinin ən çox müdaxilə edilən şifrələr iyirmiliyinə “12345678” (2,9 milyon), “abc” (123 milyon), “1234567” (2,5 milyon), “password1” (2,4 milyon), “12345” (2,3 milyon), “1234567890” (2,2 milyon), “123123” (2,2 milyon), “000000” (1,9 milyon), “iloveyou” (1,6 milyon), “1234” (1,3 milyon), “1q2w3e4r5t” (1,2 milyon), “Qwertyuiop” (1,1 milyon), “123” (1,02 milyon), “Monkey” (980 min), “Dragon” (968 min) daxildir.

Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri tərəfindən belə şifrələrdən istifadə etməmək, istifadə edildiyi halda isə dəyişmək tövsiyə edilir. Onlar, həmçinin parol qismində 3 təsadüfi sözdən, eləcə də müxtəlif registr, rəqəm və simvolları özündə birləşdirən mürəkkəb şifrələrdən istifadəni məsləhət görürlər. Bundan başqa, təhlükəsizliyi ikifaktorlu autentifikasiya vasitəsilə artırmaq mümkündür.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >