Çində şagirdlərin diqqətinin monitorinqi üçün xüsusi qurğulardan istifadə edilir

[ 16 Aprel, 2019  13:31 ]

Çin təhsil sistemində tələblər getdikcə daha da sərtləşdirilir. Ötən il bəzi məktəblərin sinif otaqları dərslərdə şagirdləri izləmək üçün sifətin tanınması sistemləri ilə təchiz edilib. Sınaq zamanı müsbət nəticələr əldə olunub. Şagirdlər izlənildiklərini bilərək, dərsdə daha diqqətli olmağa və müəllimi dinləməyə başlayıblar.

hi-news.ru saytının məlumatında bildirilir ki, cari ildə Çində bir neçə məktəbin rəhbərliyi öz şagirdlərini başlarına xüsusi “sarğı”ları taxmağa məcbur edib. Bu qurğular vasitəsilə şagirdin beyin fəallığının monitorinqi aparılır və onun fikrini dərsə yönəldib-yönəltməməsi təyin edilir.

Saç üçün halqanı xatırladan “Focus 1” adlı qurğu 2 il əvvəl Harvard koqnitiv psixologiya mərkəzinin alimləri ilə birgə Amerikanın “BrainCo Inc” şirkəti tərəfindən hazırlanıb. Qurğu şagirdin müəllimi diqqətlə dinləyib-dinləmədiyini izləyən yığcam elektroensefaloqrafiya sensorları ilə təchiz olunub. Toplanan informasiya dərhal real vaxt rejimində müəllimin kompüterinə ötürülür. Şirkət qurğuya əlavə olaraq, ən diqqətli şagirdlərin lider olduqları reytinq cədvəlini tərtib edən xüsusi sistem yaradıb.

Belə yanaşma müəllimlərə təlimdə daha effektiv və maraqlı metodlardan istifadə etməyə imkan verir. Məsələn, müəllim bəzi şagirdlərin dərsdə diqqətini tez-tez itirdiklərini görərsə, o, öz tədris planını yenidən işləyə və ya həmin şagirdlərlə fərdi məşğul ola bilər.

Lakin şagirdlərin fəaliyyətinə belə yüksəktexnologiyalı sərt nəzarət mənfi nəticələr də verə bilər. Bu kimi tədbirlərin şagirdlərin stress səviyyəsini yüksəldəcəyi ehtimal olunur. Uşaqların təlimində daha fərdiləşdirilmiş yanaşmadan (məsələn, sinif otaqlarını kiçiltmək, otaqdakı şagirdlərin sayını azaltmaq) istifadə etmək daha məqsədəuyğundur.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >