Beyindəki məlumatlar damarlar vasitəsilə kompüterə ötürüləcək

[ 12 Aprel, 2019  17:04 ]

Alimlər beyindən məlumatların fəal şəkildə kompüterə ötürülməsi  üçün interfeyslər hazırlayırlar. Lakin onların açıq əməliyyat vasitəsi ilə tətbiq edilməsi bu işin mənfi cəhəti hesab edilir. Texnologiya iflic olmuş insanların kompüterin köməyi ilə ünsiyyət qurmağına imkan versə də, cərrahi müdaxilələr qıcolma və insultlara səbəb olur.

nanonewsnet.ru saytının məlumatına əsasən, bu problemi həll etmək üçün “Synchron” şirkəti boyun və başdan qanın hərəkət etdiyi damarların daxili ilə beyinə ötürülə bilən “Stentrode” adlı beyin implantatı hazırlayıb. Bu kimi yanaşma əməliyyat ehtiyacını aradan qaldırmağa imkan verir.

Daxil edilən qurğu boyun damarı vasitəsilə beyinə çatdırılır. Tədqiqatçıların heyvanlar üzərində apardığı araşdırmalara görə, toxumaya implantasiya təxminən iki həftə çəkir və o, insan orqanizminə zərər yetirmir.

Şirkət insanlar üzərində sınaqların keçirilməsinə də razılıq alıb. Qurğu ağız və əllərində pozulmalar müşahidə olunan beş pasiyent üzərində tətbiq ediləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >