Sürücüsüz avtomobil süni intellektin köməyi ilə müstəqil hərəkət edib

[ 08 Aprel, 2019  08:40 ]

“Wayve” startapı maşın təliminə əsaslanan, şəxsi avtomobilləri idarə etmək üçün nəzərdə tutulan süni intellekt sistemi nümayiş etdirib.

Mütəxəssislər sürücüsüz avtomobillərin daha müstəqil hərəkətini təmin etməyə çalışıblar. Proqramçılar şəxsi nəqliyyat vasitəsinin tanımadığı yollarda müstəqil hərəkət etməsi üçün intellektual sistem hazırlayıblar.

robo-hunter.com saytının məlumatına görə, maşın smartfondan ötürülən kamera və naviqasiya sisteminin təlimatlarından istifadə edərək şəhər ətrafında hərəkət edir.

İntellektual sistem “Renault Twizy” və “Jaguar I-PACE” avtomobillərində sınaqdan keçirilib. Sürücüsüz avtomobilin hərəkəti kameraya çəkilib. Sükan arxasındakı sürücülər maşında olsalar da nəqliyyat vasitəsini idarəetmədə iştirak etmirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >