3D-çap ağır sümük zədələrinin qısa müddətdə müalicəsinə kömək edəcək

[ 03 Aprel, 2019  16:13 ]

Bəzi insanlar sümük sınığının nə olduğunu və onun bitişməsi prosesinin çox vaxt tələb etdiyini uşaqlıqdan bilirlər. Müxtəlif ölkələrin alimləri daim sümük zədələrinin müalicəsinin sürətləndirilməsi üsullarını axtarırlar. Mart ayının əvvəllərində Karneqi-Mellon Universitetinin tədqiqatçıları bunun üçün qrafendən istifadə ediblər. Sınıqların müalicəsində, həmçinin 3D-çap texnologiyası olduqca faydalıdır. Belə ki, sümük hüceyrələrinə tez və düzgün çoxalmağa kömək edən materiallar mövcuddur. Merilend və Texas universitetlərinin alimləri bu texnologiyanı daha da təkmilləşdiriblər.

3D-printerdə çap edilmiş materiallar zədələnmiş hissəyə implantasiya olunur, sümük hüceyrələrinə düzgün və tez bir zamanda çoxalmağa və qonşu sümükdən zədələnmiş sümüyün yerinə keçməyə kömək edir. Nəticədə hüceyrələr tədricən həll olunan materialı tamamilə sıxışdırıb çıxarır, sümük sağlam və möhkəm olur.

hi-news.ru saytının məlumatına görə, indiyədək bu texnologiya əl və ayaqların uzun sümüklərində olan osteoxondral toxumanın müalicəsi zamanı istifadə edilməyib. Məsələ ondadır ki, onların hər birinin sonunda tədricən bərk sümüyə keçən hamar qığırdaq qatı var. Deməli, həmcins sümüklərin bitişməsi üçün effektiv texnologiya müxtəlif tərkibli sümüklərin bitişməsi üçün tətbiq edilə bilməz.

Bu, tədqiqatçıların osteoxondral toxumaya bənzər quruluşa malik material yaratmasından sonra mümkün oldu. O, tədricən sümük şəklində bərk keramikaya keçən qığırdaq konsistensiyalı yumşaq polimerdən ibarətdir. Sümüklərdə olan məsamələr qığırdaq və sümük hüceyrələrinə tədricən “köçməyə” imkan verir.

Alimlər üçün növbəti addım xüsusi olaraq, konkret travma növləri üçün nəzərdə tutulmuş materialları yaratmaqdan ibarətdir. Bir qayda olaraq, müxtəlif tərkibli sümüklərin mürəkkəb travmalarına idmançılarda rast gəlinir. Lakin tədqiqatçılar xatırladırlar ki, bu travmalar adi insanlarda da yarana bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >