Çin metrosunda sifətin tanınması vasitəsilə ödəniş sistemi sınaqdan keçirilir

[ 21 Mart, 2019  14:26 ]

Çinin Şençjen şəhəri metropoliteninin Futyan stansiyasında sifətin tanınması vasitəsilə ödəniş sistemi sınaqdan keçirilir. Bu sistem hələ ki, Şençjen şəhərinin yeganə stansiyasında eksperimental rejimdə işləyir. Yaxın illərdə bu üsulla ödəniş bütün ölkədə geniş yayılacaq.

hightech.plus saytının məlumatına görə, sərnişinlər bilet təqdim etmək və ya smartfonda QR kodu skan etmək əvəzinə, stansiyanın girişində kiçikölçülü ekrana yaxınlaşmalı və sifətlərini skan etməlidirlər. Sifətin tanınması sistemi insanı tanıdıqdan sonra onun hesabından avtomatik olaraq pul çıxacaq.

Qeyd edək ki, bu texnologiya “Huawei” şirkətinin köməkliyi ilə hazırlanıb. Sürətli və təhlükəsiz rabitə “5G” şəbəkəsi sayəsində həyata keçirilir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >