Olimpiadada insanlara kömək edən robotlar təqdim edilib

[ 20 Mart, 2019  10:25 ]

2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada robotlar könüllülərin vəzifələrinin bir hissəsini öz üzərinə götürəcəklər.

vesti.ru saytının məlumatına görə, Olimpiada robotları lazımi materialların çatdırılmasını yerinə yetirən “Delivery Support Robot”u və insanlara dəstək olan “Human Support Robot”u olaraq fəaliyyət göstərəcəklər. Onlar Olimpiadada iştirak edən qonaqlara yerlərini tapmağa kömək edəcəklər.

“Toyota” şirkətinin robot istehsalçıları qeyd edirlər ki, robotlar daha çox hərəkət məhdudiyyəti olan insanlara faydalı olacaq. 2030-cu ildə bu android-köməkçilərin kütləvi istehsalı planlaşdırılır.

Qeyd edək ki, Yaponiya Olimpiadada ölkənin texniki inkişaf səviyyəsini ilk dəfə nümayiş etdirmir. Belə ki, 1964-cü ildə keçirilən Olimpiya oyunları zamanı Şinkansen şəhərində insanların hələ də istifadə etdiyi sürət qatarı təqdim edilmişdi.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >