“Ağıllı” robot-transformer

[ 12 Mart, 2019  09:03 ]

“Robosen” şirkətinin mütəxəssisləri avtomatik rejimdə avtomobilə çevrilən ilk “ağıllı” robot hazırlayıblar. Layihə “Kickstarter” platformasında 4 gün ərzində 46 215 dollar vəsait toplayıb.

robo-hunter.com saytının məlumatına görə, “T9” adlı “ağıllı” robot-transformer ona öz formasını əsaslı şəkildə dəyişdirməyə imkan verən 300-dən çox detaldan ibarətdir. Qurğu avtomobilə çevrilə, insan görünüşünü qəbul edə, müxtəlif istiqamətlərdə hərəkət edə və bir çox digər tapşırıqları yerinə yetirə bilir.

Robotun hərəkətlərini idarə etmək təcrübəli, eləcə də yeni başlayan proqramçılar üçün olduqca asandır. “T9”u əl ilə proqramlaşdırmaq və ya hərəkətlərin ardıcıllığını təsvirlər üzrə seçmək mümkündür.

Robotu 269 dollara əldə etmək olar. 2019-cu ilin iyun ayında sifarişlərin çatdırılması planlaşdırılır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >