Canlı həşəratlardan fərqlənməyən robot

[ 11 Mart, 2019  15:01 ]

2014-cü ildə Fransa mühəndisi Edvin Van Ryuimbeke qanadlarını yelləyərək uçan qeyri-adi “Bionic Bird” robotunu yaradıb. Beş il sonra isə tədqiqatçı canlı kəpənəkdən fərqlənməyən “MetaFly” adlı kiçik kəpənək mexanizmini təqdim edib.

hi-news.ru saytının məlumatına əsasən, uzunluğu 19, qanadları açıldıqda isə 29 santimetr olan robotun konstruksiyası cəmi 10 qramdır. 8 dəqiqəlik uçuş üçün 15 dəqiqəlik batareya enerjisi sərf olunur. Lakin robotu 20 dəqiqəlik iş üçün 1500 mAh enerji ilə də təchiz etmək mümkündür. Robotun uçuş sürəti saatda 12 kilometrə çatır.

Uçuşa nəzarət etmək üçün hərəkət radiusu 100 metr təşkil edən distant idarəetmə pultundan istifadə olunur. Qurğu üzərindəki manevrlər quyruğun əyilmə bucağındakı dəyişikliyin köməyi ilə yerinə yetirilir. Elektron kəpənəyin qanadları və digər elementləri karbon lif, maye kristal polimer kimi maksimal elastik və yüngül materiallardan hazırlanıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >