Mobil 3D-bioprinter dərini birbaşa yaranın üzərinə çap edəcək

[ 08 Mart, 2019  16:45 ]

Böyük zədələrin müalicəsi üçün böyük ölçüdə insan dərisi çap etməklə bağlı ideya hələ 2014-cü ildə yaranıb. İlkin olaraq, sadəcə qeyri-məhdud miqdarda dərinin əldə olunması prosesini qaydaya salmaq planlaşdırılırdı ki, həkimlər uyğun fraqmentləri kəsib lazımi hissəyə tikə bilsinlər.

techcult.ru saytının məlumatına görə, ABŞ-ın Regenerativ Tibb İnstitutunun alimi Ueyk Forest pasiyentin öz hüceyrələrindən istifadə edərək, çatışmayan dərini birbaşa yaraya çap edən 3D-printer hazırlayıb.

Hər şey konkret insanın dəri nümunələrini əldə etmək üçün biopsiyadan başlanır. Dərinin köçürülmədən sonra heç bir risk olmadan uyğunlaşmasına zəmanət verilir. Əməliyyat üçün fibroblastlar – yaraların sağalması üçün strukturu tikməyə kömək edən hüceyrələr və keratinositlər – dərinin xarici qatının baza hüceyrələri lazımdır. Nümunələr bəsləyici mühitə yerləşdirilir və çoxlu miqdarda hüceyrələr böyüyür, sonra onlar hidrogellə qarışdırılır.

Əldə olunmuş qarışıq 3D-bioprinter üçün işçi material olan “mürəkkəb”dir. Çapdan əvvəl yara lazerlə üçölçülü skan edilir, onun topologiyası araşdırılır. Bu, maşının fibroblast və keratinosit qatlarını düzgün yerləşdirməsi üçün lazımdır, həm də qurğuya materialı yaranın tam bağlanması üçün lazım olan miqdarda işlətməyə imkan verir. Yaraya artıq hüceyrələr yerləşdirilmir, bu da çapıqların yaranmasına imkan vermir, əməliyyatın izləri qalmır, dəri əvvəlki vəziyyətinə qayıdır.

Texnologiyanın sınaqları laboratoriya siçanları üzərində müvəffəqiyyətlə keçirilib. Faktiki olaraq, bu metodika yaranın sağalmasını dəfələrə sürətləndirir. Lakin öncə yaranı sağaltmaq, problemi aradan qaldırmaq, daha sonra zədələnmiş hissəni bağlamaq lazımdır. Növbəti mərhələdə yeni tədqiqatlar və sınaqlar insanların üzərində aparılacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >