Yeni bankomat təqdim edilib

[ 06 Mart, 2019  15:00 ]

Səudiyyə Ərəbistanında ən böyük bankomat istehsalçısı “Alhamrani Universal” biometrik bankomat prototipinin yaradılması üçün “ShoCard” şirkəti ilə birgə fəaliyyətə başlayıb.

psm7.com saytının məlumatına əsasən, insanın identifikasiyası üçün hazırlanmış bankomat pulun çıxarılması zamanı blokçeyn texnologiyası əsasında işləyən sifətin tanınması sistemindən istifadə edir.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu üsul bankomatda ödəmə kartları ilə fırıldaqçılıq səviyyəsinin azalmasına imkan yaradacaq. Proqram təminatı artıq mövcud olan bankomat sisteminə tətbiq edilir və inteqrasiya olunmuş kameralardan istifadə edir. Blokçeyn texnologiyası, öz növbəsində, şəxsiyyətin təhlükəsiz identifikasiyası üçün tətbiq olunur.

Hazırda bankomatın prototipi sınaqdan keçirilir və yaxın zamanda istifadəyə veriləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >