Elastik ekrana malik “ağıllı” saat nümayiş olunub

[ 04 Mart, 2019  13:01 ]

“Nubia” şirkəti “MWC 2019” sərgisində “Nubia Alpha” qurğusunu təqdim edib. O, smartfona və elastik “ağıllı” saata bənzəyir, istehsalçı isə onu “daşınan telefon” adlandırır.

newsru.com saytının məlumatına görə, qurğu “Visionox” şirkətinin hazırladığı 960 x 192 piksel təsvir ölçülü 4 düym diaqonallı ekranla təchiz olunub. Polimid adlı istiyədavamlı polimerlə qorunan smartfon daşınan qurğular arasında istifadəçinin biləyi ətrafında tam əyilən ən böyük ekran hesab olunur.

“Nubia Alpha” 5 meqapikselli kamera, 5 milliamper/saat tutumlu batareya, daşınan elektronika üçün “Snapdragon Wear 2100” birkristallı sistemi, 1 Gb operativ və 8 Gb quraşdırılmış yaddaş ilə təchiz edilib. Şirkət tərəfindən hazırlanan əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Bluetooth”, “Wi-Fi”, “eSIM”, eləcə də “multi-touch”, səsli komanda və jestlərlə idarəetmə dəstəyinə malikdir.

“Daşınan telefon”, həmçinin idman bilərziyi funksiyalarını yerinə yetirir və yuxu, fiziki hərəkətlər və ürək ritmini izləyir.

“Nubia Alpha” smartfonunun bu ilin ikinci yarısında Avropada satışa çıxarılması planlaşdırılır. Qurğunun qiyməti versiyalara (Bluetooth ilə 449 avro, qara rəngli və eSIM ilə 549 avro və 18 karatlıq qızılla örtülən və eSIM ilə 649 avro) görə dəyişir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >