Yeni proqram smartfon tərəfindən “yeyilmiş” vaxtı göstərəcək

[ 01 Mart, 2019  16:45 ]

Bir neçə ay əvvəl “Google” korporasiyası “Android 9.0” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlardan istifadəyə məhdudiyyət qoyulması və nəzarət üçün “Digital Wellbeing” texnologiyasını təqdim edib. Bu texnologiya elektron qurğu asılılığından yorulmuş və ondan qurtulmaq üçün köməyə ehtiyac duyan şəxslər üçün yaradılıb. Bu yaxınlarda yeni texnologiya əsasında “Action Launcher” və “Link Bubble” kimi xidmətlərin müəllifi Kris Leysi tərəfindən “ActionDash” proqramı istifadəyə verilib.

techcult.ru saytının məlumatına görə, “ActionDash” proqramı “Digital Wellbeing” kimi, seçilmiş istifadəçinin proqramlara girişini məhdudlaşdıra bilməsə də, onlardan istifadəsinin bütün statistikasını nöqsansız şəkildə toplayır və analiz edir. O, proqramın istifadə edildiyi vaxtı və müddəti, göndərilən xəbərdarlıqları, istifadə edilən məlumatları və s. göstərir. İnformasiya aydın qrafik və diaqramlar şəklində təqdim edilir.

Məsələn, daha insan özünü aldada və iddia edə bilməz ki, elektron kitablar oxuyur, çünki “ActionDash” ötən həftə neçə səhifənin oxunduğunu göstərəcək. Əyləncə portalında və iş saytında keçirilmiş vaxtın nisbəti saat və dəqiqələrin necə ötdüyünü anlamağa kömək edəcək.

“Google” şirkəti “Digital Wellbeing” texnologiyasını yeni “Samsung” və “Nokia” qurğularında istifadəyə verəcək. Kris Leysinin proqramı isə, hətta “Android 5.0” əməliyyat sisteminin idarəetməsi altında işləyən köhnə smartfonlar da daxil olmaqla, artıq bütün qurğularda əlçatandır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >