Obyektlərin detallarını birbaşa smartfon ekranında yaratmağa imkan verən proqram

[ 25 Fevral, 2019  17:58 ]

“WobbleWorks” şirkəti iOS və Android əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün “3Doodlers” proqramını təqdim edib. O, xüsusi qələmin köməyilə həcmli detalları birbaşa smartfon və planşet ekranlarında yaratmağa imkan verir.

techcult.ru saytının məlumatına görə, yeni başlayan istifadəçilər üçün addım-addım təlimatlar hazırlanıb. Təklif edilən 10 öyrədici layihəyə hər həftə yenisi əlavə ediləcək. İdeya ondan ibarətdir ki, proqram uşaq və böyüklərə üçölçülü obyektlərin eskizlərini təklif edəcək. Bu obyektlərin detallarını bir neçə dəqiqə ərzində birbaşa smartfon ekranında yaratmaq mümkün olacaq.

Addım-addım təlimatlar və dərsliklərlə birlikdə trafaretlərdən istifadə edərək, istifadəçilər üçölçülü rəsm çəkmənin əsaslarına yiyələnə və daha sonra konkret interaktiv layihələrdə öz bacarıqlarını təkmilləşdirə biləcəklər. Artıq “3Doodler” proqramını yükləmək mümkündür.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >