Yüksək elastikliyə və həssaslığa malik ağıllı protez əl hazırlanıb

[ 30 Yanvar, 2019  12:51 ]

Müasir protez əllər dəriyə yerləşdirilən və əzələlərin bioelektrik siqnallarını oxuyan xüsusi elektrodlarla idarəolunma imkanına malikdir. Lakin bu zamana qədər bu protezlərdə əli sıxmaq, ovucu açmaq kimi sadə süni məhdudiyyətlər özünü göstərirdi. Avropa alimlərinin yeni ixtirası bu çatışmazlığı aradan qaldırır.

Avropa tədqiqat layihəsi “DeTOP” çərçivəsində həkim Maks Ortisa Katalananın rəhbərliyi altında bir qrup alim xüsusi elektrodlar vasitəsilə sinirlərdən və əzələlərdən siqnalları oxuyan, süni məhdudiyyəti aradan qaldıran, effektiv həssaslığa malik olan protez hazırlayıblar.

hi-news.ru saytının məlumatına əsasən, İsveçdə universitet xəstəxanasının cərrahları süni protezi idarə etmək üçün amputasiya edilmiş insana sümük-əzələ implantının quraşdırılması üzrə ilk əməliyyatı müvəffəqiyyətlə həyata keçiriblər.

Pasiyentin dirsək sümüklərinə birləşdirilən implant iki titan mildən ibarətdir. Sinirlərlə hərəkət edən siqnallar insanların köməyi ilə süni avtomatlaşdırılan əli idarə edə bilir.

Hazırda avtomatlaşdırılmış protezə uyğunlaşmağa kömək edən virtual reallıqdan istifadə etməklə məşqlər keçirlir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >