Yeni kompüter alqoritmi fotokameraya “küncə baxmağa” imkan verəcək

[ 29 Yanvar, 2019  12:48 ]

Boston Universitetinin tədqiqatçıları istənilən fotokameraya “küncə baxmağa” imkan verən kompüter alqoritmi hazırlayıblar. Metod predmetlərin divara saldıqları kölgələrin analizinə əsaslanır. Bu divarlar üçün güclü kodlaşdırma alqoritmləri hazırlanıb. Hələ ki, əldə edilmiş təsvir mükəmməl olmasa da, artıq tamamilə fərqlənir.

Güzgülərdən istifadə edilsəydi, hər şey çox sadə olardı, lakin onların səthi tutqun olduğuna və işığı bütün istiqamətlərə yaydığına görə əks etdirilən təsvir bulanıq ləkədən ibarət olur.

Obyektin küncündə yerləşən ilkin təsviri almaq üçün proqrama kölgənin düşdüyü divarın təsviri lazımdır. Qeyd etmək lazımdır ki, obyekt şəffaf olmamalıdır. Faktiki olaraq, alqoritm mürəkkəb hesablamaların köməyilə sanki işığın şifrəsini açır.

techcult.ru saytının məlumatına görə, texnologiyanın əsas üstünlüklərindən biri istənilən rəqəmsal kameraya çəkilmiş təsvirin təyin edilməsi zamanı ondan istifadənin mümkünlüyüdür. İndi küncdəki təsvirin adi kompüterin köməyilə canlandırılması üçün proqrama 48 saniyə kifayətdir.

Yeni texnologiya praktik mənada təbii fəlakət zonalarında işləyən pilotsuz avtomobillərin və avtonom robotların yaradılması zamanı tələb oluna bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >