Süni intellekt texnologiyalarının hazırlanması üzrə lider ölkələr məlum olub

[ 28 Yanvar, 2019  09:47 ]

Bu yaxınlarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının süni intellektin inkişafına həsr edilmiş ilk hesabatı təqdim olunub. Hesabata əsasən, son 50-60 ildə tədqiqatçılar musiqi bəstələyən və şəkil çəkən, diaqnoz qoyan, cərrahi əməliyyatlar həyata keçirən və ya ev təmizliyi ilə məşğul olan insanabənzər robotlar, maşın tərcüməsi və səsin tanınması proqramları, sürücüsüz avtomobillər kimi 340 min ixtiraya patent almaq üçün sifariş veriblər.

news.un.org saytının məlumatına görə, süni intellektlə bağlı bütün ixtiraların 50%-dən çoxu 2013-cü ildən sonra patentləşdirilib.

Hazırda süni intellekt texnologiyaları üzrə ən böyük patent portfeli (8290 ixtira) ABŞ-ın “International Business Machines Corp” (IBM) şirkətinə məxsusdur. İkinci yeri tutan ABŞ-ın “Microsoft Corp” korporasiyasının aktivində 5930 ixtira mövcuddur. İlk beşlikdə Yaponiyanın “Toshiba Corp”, Cənubi Koreyanın “Samsung Group” və Yaponiyanın “NEC Group” şirkətləri yerləşib.

Süni intellekt sahəsində tətbiqlər üçün patentlərin alınması tempinə görə liderlik edən 20 elmi təşkilatdan 17-si Çinin payına düşür.

Ekspertlər bildiriblər ki, son zamanlar robot texnikasında süni intellektdən istifadə üzrə patent sifarişlərinin sayı artıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >