Robot-manipulyator əllərini hərəkət etdirə bilməyən insanları yedirir

[ 09 Yanvar, 2019  12:27 ]

Vaşinqton Universitetinin mütəxəssisləri əl hərəkətliliyinin pozulması olan insanları müstəqil yedirə bilən avtomatlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.

naukatv.ru saytının məlumatına görə, alimlər “NeurIPS 2018” konfransında təqdim etdikləri məruzədə bildiriblər ki, insanların yemək zamanı məhsullardan necə istifadə etdiklərini anlamaq və robotların bu hərəkətlərə uyğunlaşmalarını təmin etmək üçün istehsalçılar tədqiqat iştirakçılarından manekeni yedirməyi xahiş ediblər. Toplanmış taktil (toxunulmaqla duyulan) siqnalların və hərəkət göstəricilərinin analizi “Kinova JACO” avtomatlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Robot əlil arabasına bərkidilib, dərinlik kamerası və tutma manipulyatoru ilə təchiz edilib. Avtomatlaşdırılmış əl çəngəllə yeməyi götürərək insanın ağzına yaxınlaşdırdıqda sensorlara malik idarəetmə bloku robotun işinə nəzarət edir.

İstehsalçılar qeyd edirlər ki, təqdimat zamanı robot tərəvəzləri və meyvələri çəngələ sancmağa proqramlaşdırılıb. Bu robotun hərəkət alqoritmi onun məhz hansı yeməklə işləməsindən, yəni konkret məhsul növündən asılıdır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >