Suda üzə bilən robot təqdim olunub

[ 13 Dekabr, 2018  11:48 ]

“Pliant Energy Systems” şirkəti üzgəclərin köməyi ilə hərəkət edə bilən “Velox” robotunu təqdim edib. Yeni texnologiya sayəsində manipulyator buzda sürüşmək və dalğavari hərəkətlərlə bərk səthlər üzərində yerimək imkanına malikdir.

robo-hunter.com saytının məlumatına görə, “Pliant Energy Systems”in rəhbəri Petro Filardo yenilənən enerji mənbələrini tədqiq etdiyi zaman “Velox”u yaratmaq ideyası meydana gəlib.

Ekspert enerji əldə etməklə yanaşı, dəniz mühitində nəqliyyat vasitələrini idarə edə bilən biomorf qadcetləri araşdırıb. Nəticədə şirkət yalnız elastik üzgəclərin köməyi ilə hərəkət edən robot yaradıb. Onların hərəkətinə daxilinə quraşdırılmış prosessor nəzarət edir.

"Velox" su üzərində hərəkət edir, quruya yaxınlaşdığı zaman üzgəclərini 90 dərəcədə açır.

Robot qum, qar, çınqıl, səki və buz üzərində hərəkət edə bilir. P.Filardonun sözlərinə görə, “Velox” texnologiyanın müxtəlif sahələrində istifadəyə yararlıdır. Gələcəkdə robot su üzərində dərmanları və döyüş sursatlarını daşıya, qütb regionlarında aparılan elmi araşdırmalarda iştirak edə bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >