“Opera” ilk kriptovalyuta brauzerini təqdim edib

[ 10 Dekabr, 2018  15:40 ]

“Opera” şirkəti Londonda keçirilən “Hard Fork Decentralized” konfransında Android üçün ilk Veb 3.0 texnologiyası və daxili kriptoqrafik platforma dəstəkli brauzeri təqdim edib.

popmech.ru saytının məlumatında bildirilir ki, Android üçün “Opera” brauzerinin yeni versiyası istifadəçilərə kriptovalyuta əməliyyatlarını yerinə yetirməyə imkan verən məşhur “Ethereum Veb3 API” protokolunu dəstəkləyir. Veb 3.0 termini müasir İnternetin imkanlarını genişləndirən kriptovalyuta, blokçeyn və paylanmış sistemlər kimi texnologiyaları nəzərdə tutur.

Android üçün yeni “Opera”nın köməyi ilə istifadəçilər kriptoqrafik pul kisəsi ilə əməliyyatları əhəmiyyətli dərəcədə asanlaşdıran “Dapps”a daxil olurlar. Əməliyyatı həyata keçirmək üçün “Ethereum” kriptovalyutasını əldə ederək “Opera” kriptoqrafik pul kisəsində saxlamaq lazımdır. Bundan sonra, istifadəçilər pul kisəsində yerləşən Veb 3.0 proqramlarına və “Dapp store”a çıxış imkanı əldə edirlər. Kriptovalyutalı “Opera”nı  artıq “Play Store”dan pulsuz yükləmək mümkündür.

Növbəti ildə “Opera” şirkəti Veb 3.0-ın dəstəklənməsini Windows, Mac və Linux brauzerlərində tətbiq etməyi planlaşdırır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >