NASA robotu Antarktidanın buz altındakı vulkanlarını fəth etməyə hazırlaşır

[ 07 Dekabr, 2018  15:37 ]

NASA laboratoriyasının mütəxəssisləri buz və daş uçurumlara qalxa bilən, qurdabənzər “IceWorm” robotunu təqdim ediblər.

Müasir dövrdə texnika və peyk şəbəkəsinin inkişaf etməsinə baxmayaraq, insanların Yer kürəsində gedə bilmədiyi ərazilər hələ də mövcuddur. Antarktidadakı Erebus vulkanı Yer kürəsində fəaliyyətdə olan ən cənubdakı, hündürlüyünə görə isə qitədə ikinci vulkandır. Alimlər üçün bu, qədim varlıqların DNT izlərini tapmağı mümkün edən potensial "xəzinə" hesab olunur. Lakin təəssüf ki, tunellərdə karbon qazının yüksək konsentrasiyası onu insanlar üçün əlçatmaz edir.

popmech.ru saytının məlumatına əsasən, bu və buna bənzər digər vulkanlar NASA mühəndislərini “IceWorm” robotunu hazırlamağa vadar edib. NASA-nın reaktiv hərəkət Laboratoriyasının “Extreme Environments Robotics” qrupu bu layihə üzərində 2016-cı ildən işləyir. “IceWorm”un dizayneri Eyron Körtis robotun ekstremal şəraitdə qaz ilə çirklənmiş tunellərdə effektiv işləyə bilməsi üçün Erebus vulkanı haqqında bütün lazımi informasiyanı toplayıb. 

“IceWorm” robotu qurd kimi hərəkət ediyi üçün bu adı alıb. Hündürlüyü təxminən 1,4 metr olan qurğu iki ayaq üzərində dayana bilir. Onun hərərkəti kənardan qurdun sürünməsinə bənzəyir.

E.Körtis qeyd edir ki, bu kimi hərəkət modeli tamamilə yeni və unikaldır. “IceWorm” artıq təhlükəli  şəraitdə – Vaşinqton ştatının Sent-Helens dağında müvəffəqiyyətlə sınaqdan keçirilib. Mühəndislər qeyd edir ki, robot yumşaq qara nisbətən buzlu səthdə daha yaxşı hərəkət edir.

Bu kimi robotların potensialı olduqca yüksəkdir.  Bu robot sayəsində geoloq və metreoloqlar üçün yalnız Yer kürəsində deyil, hətta açıq kosmosda belə, unikal məlumat əldə etmə üsulu meydana çıxır. Robotlar buzun qalın qatıyla örtülmüş Enkelad Ayı eləcə də, Avropa kimi buz yığınlarının 15 metrə çatdığı ərazilərdə tədqiqat aparmaq üçün mükəmməl vasitədir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >