Maye robot yaradılıb

[ 31 Oktyabr, 2018  11:34 ]

Çin və Avstraliya alimlər qrupu dar yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

vesti.ru saytının məlumatında bildirilir ki, videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir. İxtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Gərginlik isə quraşdırılmış batareya vasitəsilə ona ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları çatdıra bilirlər.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə bu kimi robotlar insanları uçqunlar altından xilas edə biləcəklər. Çünki qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir.

Maye robot prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 18

Murad Məmmədov

Hands.az

Sara Rəcəbli

BUTA Art & Sweets

Elçin Hüseynov

Balta

Rəşad Qədirov

Darts Games

Pərvin Əmirov

Ticketsetup

Cavid Kərimov

Kercom

Fərid İslamov

Banco.az

Daha çox >