Ən tutumlu sərt disk təqdim edilib

[ 26 Oktyabr, 2018  11:19 ]

“Western Digital” şirkəti dünyanın ən tutumlu sərt diskini təqdim edib. “Ultrastar DC HC620” modeli 15 terabaytadək məlumat saxlamağa imkan verir ki, bu da əvvəlki liderin göstəricisindən 1 terabayt çoxdur. 12 Gbit/san “SAS” (Serial Attached SCSI) interfeysli və 6 Gbit/san “SATA” interfeysli iki versiyadan istifadə etmək olar.

ferra.ru saytının məlumatına görə, 3,5 düymlük standart form faktorda düzəldilən qurğu kommersiya istifadəsi üçün nəzərdə tutulub.

Bərkcisimli toplayıcıda “Shingled Magnetic Recording” (SMR) və “HelioSeal” texnologiyaları tətbiq edilib. Birincisi hər toplayıcı üçün informasiyanın yazılması zamanı qonşu zolaqların qismən bağlanılmasını, saxlanılma sıxlığı və ümumi tutumun artımını təmin edir. İkincisi isə heliumdan istifadəni nəzərdə tutur ki, bu da konstruksiyanın germetikliyinə zəmanət verir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 18

Murad Məmmədov

Hands.az

Sara Rəcəbli

BUTA Art & Sweets

Elçin Hüseynov

Balta

Rəşad Qədirov

Darts Games

Pərvin Əmirov

Ticketsetup

Cavid Kərimov

Kercom

Fərid İslamov

Banco.az

Daha çox >