Virtual reallıq üçün ilk noutbuk təqdim edilib

[ 25 Oktyabr, 2018  13:16 ]

Rusiyanın “Akvarius” şirkəti “Windows Mixed Reality” texnologiyasını dəstəkləyən “Aquarius Cmp NS575” noutbukunu təqdim edib. Bu, virtual reallıqla işləmək üçün yaradılmış ilk noutbukdur.

life.ru saytının məlumatına görə, noutbuk “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük IPS displeylə təchiz edilib, “Intel Celeron”, “Pentium” və 6-cı, yaxud 7-ci nəsil “Core” prosessorları ilə işləyir. Qurğu 2 GB tutumlu “Nvidia GeForce MX150” sürətləndiricisi, 32 GB-dək əməli yaddaşa malikdir və 7 saat avtonom işləyə bilir.

“Microsoft”un sertifikatlaşdırmasından keçən aparat “Windows Mixed Reality” qarışıq reallıq platformasında işləyə bilər. Qurğu dizayner, müəllim və texniki ali məktəb tələbələri üçün nəzərdə tutulub. “Aquarius Cmp NS575” noutbukunun qiyməti haqda məlumat verilməyib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 18

Murad Məmmədov

Hands.az

Sara Rəcəbli

BUTA Art & Sweets

Elçin Hüseynov

Balta

Rəşad Qədirov

Darts Games

Pərvin Əmirov

Ticketsetup

Cavid Kərimov

Kercom

Fərid İslamov

Banco.az

Daha çox >