Miniatür proyektora malik “ağıllı” eynək

[ 16 Oktyabr, 2018  12:19 ]

ABŞ-ın “North” şirkəti “Focals” adlı “ağıllı” eynəyini nümayiş etdirib.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, xarici görünüşünə görə adi eynəklərdən fərqlənməyən “ağıllı” qurğuda informasiyanın göstərilməsi üçün təsvirləri eynək şüşəsində əks etdirən və onları birbaşa gözün qüzehli qişasına proyeksiya edən quraşdırılmış kiçik proyektordan istifadə olunur. Bu, holoqram effekti yaratmağa imkan verir.

Yeni “ağıllı” eynək məhdud funksionallığa malikdir. Onun vasitəsilə bildirişlərə, təqvim qeydlərinə, hava proqnozuna və müəyyənləşdirilmiş marşrut üzrə hərəkət zamanı göstərişlərə baxmaq mümkündür. Bundan əlavə, eynək “Alexa” səsli köməkçi funksiyasını dəstəkləyir. Qurğunun idarə edilməsi üçün dəstə daxil olan “ağıllı” üzükdən istifadə təklif olunur.

Hazırda qiyməti 99 dollar təşkil edən “Focals” eynəyi üçün şirkətin veb-saytında ilkin sifarişlər qəbul olunur. Düzbucaqlı çərçivəyə malik eynəyin dekabrda, yumru çərçivəli modelin isə növbəti ilin əvvəlində satışa çıxarılması planlaşdırılır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >