Smartfon üçün robot barmaq yaradılıb

[ 10 Oktyabr, 2018  10:13 ]

Fransa İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun mühəndisi Erik Lekoline robotlaşdırılmış “MobiLimb” barmağının bütün tətbiqi üsullarını nümayiş etdirən videoçarxı dərc edib.

naukatv.ru saytının məlumatına görə, xüsusi hərəkətlər vasitəsilə robot smartfona daxil olan bildirişlər və ya digər informasiya barədə xəbər verir. Qurğu ekranda baş verənləri təkrarlayaraq 4D kino effekti yaradır, smartfonun iş rejimini dəyişir, kağız üzərində şəkil çəkir, fənər funksiyasını yerinə yetirir və hətta istifadəçinin əlini sığallayır. Bundan başqa, barmaq smartfonu düz səth üzərində hərəkətə gətirir və rahat izləmə üçün onu əyir.

“MobiLimb” 5 idarəetmə mühərrikindən istifadə edərək barmağın geniş hərəkət diapazonunu təmin edir. Qurğunu standart qara plastikdən hazırlamaq və ya onu süni dəri ilə örtərək insan barmağına bənzətmək mümkündür.

Layihənin İstifadəçi İnterfeysi Proqram təminatı və Texnologiyası üzrə ACM Simpoziumunda (The ACM Symposium on User Interface Software and Technology – UIST 2018) təqdim olunması planlaşdırılır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >