Fikirlərin ötürülməsi üçün dünyada ilk şəbəkə yaradılıb

[ 05 Oktyabr, 2018  13:20 ]

ABŞ alimləri tərəfindən yaradılmış və 3 iştirakçıdan ibarət şəbəkədə ilk dəfə siqnalları “beyindən-beyinə” birbaşa göndərmək və qəbul etmək mümkün olub.

belta.by saytının məlumatına görə, Vaşinqton Universitetinin alimləri tərəfindən yaradılmış şəbəkə “BrainNet” adlandırılıb. Sistem hər biri laboratoriyanın ayrı otağında olan 3 iştirakçıdan ibarət qrupa tetrisə bənzər oyunu birgə oynamağa imkan verib.

“Beyindən beyinə” interfeysləri əvvəllər də işlənib hazırlanıb, lakin ilk dəfə Vaşinqton Universitetinin alimləri 2-dən çox subyektin iştirakı ilə belə interfeys yaratmağa müvəffəq olublar.

Hazırlanmış interfeysin köməyi ilə eksperimental qruplardakı qəbuledicilər 81,25% halda fiquru düzgün yerləşdirməyi bacarıblar.

Alimlər bildiriblər ki, bu yolla yalnız laboratoriya daxilində deyil, həm də İnternet üzərindən qarşılıqlı əlaqə yaratmaq mümkündür.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >