İnternetin yaradıcısı yeni struktur təqdim edib

[ 04 Oktyabr, 2018  12:00 ]

Müasir İnternetin yaradıcısı Tim Berners-Li yeni “Inrupt” strukturunu təqdim edib. Layihə çərçivəsində istifadəçilərə öz məlumatlarını müstəqil saxlamaq hüququ verən proqramlar yaradılacaq.

lenta.ru saytının məlumatında bildirilir ki, “Inrupt” Berners-Linin rəhbərlik etdiyi qrupun uzun müddət çalışdığı miqyaslı “Solid” layihəsinin kommersiya tərəfini təmin edəcək. Açıq kodlu platforma bütün istifadəçilərə fərdi informasiyanı saxlamaq və paylaşmaq üçün seçim imkanı yaradır.

Lakin bu prinsip İnternetdə mövcud məlumatların saxlanılması qaydaları ilə ziddiyyət təşkil edir. Qaydalara görə, istifadəçilərin fərdi məlumatları böyük İT-şirkətlərə – axtarış sistemləri, sosial şəbəkələr və messencerlərə təqdim olunur. Korporasiyalar bütün məlumatları öz serverlərində saxlayan inhisarçılardır. Bu, məlumatlarda haker hücumları üçün boşluq yaradır.

“Solid” məlumatların “DWeb” antivirus proqram təminatı və ya desentralizasiya edilmiş İnternetdə saxlanılması və mübadiləsi üçün alətdir. Belə sistemdə informasiya serverlərdən yan keçməklə ötürülür. Sistemin tərəfdarlarının fikrincə, bu, korporasiya və dövlət tərəfindən istifadəçilərin həyatına müdaxiləni minimuma endirir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >