2K təsvir ölçülü ekrana malik ilk smartfon istehsal edilib

[ 26 Sentyabr, 2018  09:44 ]

Çinin “Elephone” şirkəti çətin şəraitdə iş üçün nəzərdə tutulan və “Quad HD” (2560 × 1440 piksel) təsvir ölçülü ekranla təchiz edilən ilk smartfon yaradıb. “Elephone Soldier” adlanan model 190 dollara təklif olunur.

3dnews.ru saytının məlumatına görə, smartfonun ekranının diaqonal ölçüsü 5,5 düym təşkil edir, aparat platforması rolunda isə “MediaTek Helio X25” birkristallı sistemi çıxış edir. Daxili yaddaşın tutumu modifikasiya və qiymətdən asılı olaraq 64-128 Gb arasında dəyişir. Operativ yaddaşın həcmi isə 4 giqabayta bərabərdir.

“Elephone Soldier” smartfonunun arxa tərəfi 21 meqapikselli sensor əsasında yaradılıb, ön fotomodulunun əsasını 16 meqapikselli ötürücü təşkil edir. Qurğunun enerji mənbəyi 2 gün enerji toplamadan işləyən 5 min milliamper/saat tutumlu akkumulyator batareyasıdır.

Korpusu zərbəyədavamlı olan smartfon, həmçinin “IP68” standartı üzrə sukeçirməzdir və tozdan mühafizəyə malikdir. Bu isə o deməkdir ki, qurğu 30 dəqiqə ərzində suyun 2 metr dərinliyində qala bilər. Bundan başqa, adi telefonlara xas olmayan xüsusiyyətlər arasında fiziki kompas və SOS düyməsi qeyd edilir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >