Universal klaviatura təqdim edilib

[ 16 Avqust, 2018  11:08 ]

İstənilən səth üzərində lazer şüası ilə proyeksiya edilən universal klaviatura təqdim olunub. Qurğu deaktivasiya edildikdə smartfon üçün üzlük kimi istifadə oluna bilər.

techcult.ru saytının məlumatında bildirilir ki, ideya müəllifləri 2014-cü ildən proyeksiya edilən klaviatura texnologiyası üzərində çalışırlar. Onlar fiziki klaviaturalardan imtinanı reallığa çevirəcək universal qadcet hazırlamaq niyyətindədirlər. Bu, istifadəçinin istənilən vaxt masa üzərində və ya divarda klaviaturanın virtual analoqunu aça bilməsi üçündür. Proyektor təsvirin diaqonal üzrə 120 düymə qədər böyüdülməsini təmin edir.

“Masterkey 4.0” 245x110 mm ölçülərlə proyeksiya edilir, qurğuya inteqrasiya edilmiş infraqırmızı kamera düymələrin sıxılmasını dəqiqədə 350 simvol sürətlə izləyir. Klaviatura “iOS” və “Android” əməliyyat sistemi ilə işləyən smartfonlara Bluetooth 4.0, başqa qurğulara isə USB və ya HDMI vasitəsilə qoşulur. Daxili batareyanın tutumu 5200 milliamper/saat təşkil edir, “microSD” portuna malikdir.

Startap proyeksiya edilən klaviaturanı iki versiyada təklif edir: əsas klaviaturanı 179 dollara, biznes üçün nəzərdə tutulmuş modeli isə 225 dollara əldə etmək mümkündür. Qurğunun 2019-cu ilin yanvar ayında satışa çıxarılması planlaşdırılır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >