Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

[ 15 Avqust, 2018  11:08 ]

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib. O, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi üçün hazırlanıb.

nanonewsnet.ru saytının məlumatına görə, autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə olunur: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.

“LuxAI” startapının yaradıcıları hesab edirlər ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatlıqdan xilas olmaqda kömək edə bilər. “QTrobot” söz, jest və üz ifadələri vasitəsilə ünsiyyət yaradır. Məsələn, robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.

“QTrobot” uzun müddət əvvəl hazırlanıb, indi araşdırma vasitəsilə onun səmərəliliyi yoxlanılıb. Lüksemburq Universitetinin alimləri autizmdən əziyyət çəkən 4-14 yaş aralığında 15 uşağın robot və həkimlə olan terapiya seansını müqayisə ediblər və məlum olub ki, uşaqlar robota daha çox diqqət yetirir: onlar robota orta hesabla iki dəfə daha çox baxıblar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >