Ən güclü texniki xüsusiyyətlərə malik cib kompüteri təqdim edilib

[ 10 May, 2018  10:18 ]

Çində “Windows 10” sistemi ilə işləyən “Mini PC” adlı yığcam kompüter hazırlanıb. Qurğunu istənilən çantaya, hətta cins şalvarın cibinə yerləşdirmək olar. Çox sayda konnektorların istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir.

hitech.mail.ru saytının məlumatına əsasən, “Mini PC” qurğusunun korpusunda 4 ədəd “USB”, 1 ədəd “USB Type-C”, “HDMI”, “LAN”, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və kartrider yerləşdirilib. Qurğuya daxili 5 düymlük sensor ekrandan əlavə, istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter “Intel Atom x7-Z8750” prosessoru, 8 Gb əməli yaddaş və 128/256/512 GB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Bu xüsusiyyətlərinə görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.

Kompüter “Windows 10” sistemi ilə işləyir, lakin istəkdən asılı olaraq “Android” sistemini aktivləşdirmək mümkündür. Dəstə qatlanan “Bluetooth” klaviatura daxildir.

“Mini PC” kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >