Kəllənin trepanasiyasını həyata keçirə bilən ilk robot-cərrah təqdim edilib

[ 07 May, 2018  10:40 ]

Beyində əməliyyat aparmaq üçün ona giriş əldə etmək, yəni kəllə qutusunda dəlik açmaq lazımdır. Bu zaman böyük dəqiqlik tələb olunur ki, bu da bir çox neyrocərrah üçün çətin məsələdir.

Kəllə qutusunda yerləşən son dərəcə kövrək strukturları (sinirlər, daxili qulağın reseptorları və başqa anatomik strukturlar) qəti zədələmək olmaz. Dəlik açma zamanı qəlpələr onları zədələyə bilər, həm də qan endoskopun təsvirini bulandıra bilər. Niderland Krallığının Eyndhoven Texnologiya Universitetinin alimləri kəllənin trepanasiyasını (sümüyü deşmə əməliyyatı) inanılmaz dəqiqliklə həyata keçirə bilən ilk robot-cərrah yaradıblar.

hi-news.ru saytının məlumatına görə, “RoBoSculpt” adlandırılmış yeni robot yaxın 5 ildə insan üzərində əməliyyat aparmağa tam hazır olacaq. Operator cərrah kompüter tomoqrafiyasının skanında beyinin giriş sahəsini göstərdikdən sonra bütün işi robot həyata keçirəcək. İlk texniki sınaqlar artıq uğurla başa çatdırılıb və cari ildə ilk kliniki testlərə start veriləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >