Uşaqlar üçün smartfon və planşet təqdim edilib

[ 01 May, 2018  10:13 ]

“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib. Bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və 7-dən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

İstehsalçıların məlumatına görə, təqdim edilmiş qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar quraşdırılıb: valideyn nəzarəti vasitələri və “Qustodio”dan veb-səhifələrin filtri (1 il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri.

ferra.ru saytının məlumatında bildirilir ki, “Archos Junior Tab” smartfonu 854x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 və 2 meqapiksellik kameralar, 1,2 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Planşet 1024x600 piksel təsvir ölçülü 10,1 düymlük ekran, 0,3 və 2 meqapiksellik kameralar, 1,3 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Hər iki qurğu “Android 7 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Planşet və smartfonun 2018-ci ilin iyun ayında Avropada 79,99 avroya satışa çıxarılması planlaşdırılır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >