Hərəkət edən elektrik avtomobillərini enerji ilə dolduran ilk yol istifadəyə verilib

[ 27 Aprel, 2018  10:22 ]

İsveçdə hərəkət edən elektrik avtomobillərini enerji ilə dolduran ilk yol istifadəyə verilib.

belta.by saytının məlumatına görə, hazırda Stokholm-Arlanda hava limanına gedən yolun kiçik bir hissəsi innovativ texnologiya ilə təchiz edilib. Uzunluğu 2 km olan avtomobil yolunun bir hissəsi elektrik cərəyanını keçirən xüsusi relslərdən ibarətdir. Bu relslər nəqliyyat vasitəsinin altındakı konnektora bərkidilmiş xüsusi kontakt vasitəsilə elektrik mühərrikini enerji ilə doldurmağa imkan verir. Belə yol hissəsinə yaxınlaşan sürücü kabeli avtomobilə birləşdirə və hərəkət zamanı “yanacaq doldura” bilər.

Mütəxəssislərin iddiasına görə, belə texnologiya sayəsində İsveçdə elektrik avtomobillərinin populyarlığı xeyli artacaq. Layihə rəhbərlərinin fikrincə, İsveçin avtomagistralının yalnız 5 faizini elektrikləşdirməklə elektrik avtomobillərindən istifadə üçün əlverişli şərait yaratmaq mümkün olacaq.

Qeyd edək ki, İsveç 2030-cu ilədək karbohidrogen yanacağının istifadəsindən tamamilə imtina etmək niyyətindədir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 21

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Daha çox >