“Ağıllı” qoruyucu bilərzik ixtira edilib

[ 17 Aprel, 2018  09:11 ]

ABŞ-ın Alabama Universitetinin mütəxəssisi Raqib Həsən “ağıllı” bilərziyin prototipini hazırlayıb. Qurğu sahibinə hücum edildikdə və ya onun fiziki vəziyyətində kəskin dəyişiklik baş verdikdə işə düşür. O, yanıb-sönən qırmızı işığı və həyəcan siqnalını işə salır. Bilərzik Bluetooth vasitəsilə smartfona qoşulur və GPS-koordinatların ötürülməsi ilə təcili yardım xidmətini çağırır. Cihaz, həmçinin öncədən verilmiş əlaqə nömrələrinə ismarıc göndərə bilir.

İstehsalçı bildirib ki, ekstremal vəziyyətdə yardım çağırılması üçün digər qurğular ən azı düymənin basılmasını tələb edir. Lakin insan şüurunu itiribsə, bu sadə hərəkəti yerinə yetirə bilməyəcək. Cinayətkarın hücumu zamanı ciblərdə həmin cihazı axtarmaq da çətindir. “Ağıllı” bilərzik bu qurğulardan fərqli olaraq, sərbəst işə düşür.

naked-science.ru saytının məlumatına görə, cihaz sahibinin təzyiqinə və bədəninin temperaturuna daim nəzarət edir. Giroskop və akselerometr hərəkət fəallığına cavabdehdir, mikrofonlar isə səs fonunu izləyir. Proqram təminatı konkret istifadəçiyə alışaraq onu “tanıyır”. Bilərzik sahibinin nə zaman oturduğunu və ya ayağa qalxdığını və s. “bilir”.

Həyati parametrlər vəziyyətin təhlükəli olduğunu göstərdikdə cihaz həyəcan siqnalı verəcək. Məsələn, nəbzin kəskin sürətlənməsi və ya qaçış əksər hallarda təhlükəyə işarə edir. Lakin səhər qaçışları adət edilmiş fəallıq kimi qeydə alındığından bilərzik həyəcan siqnalı verməyəcək.

Prototip qadınların təhlükəsizliyi üçün nəzərdə tutulduğundan ona xüsusi dizayn verilib. Yaşlı və sağlamlıq imkanları məhdud insanlar üçün qurğunun yeni versiyası hazırlanacaq. Prototipin yaradılması ixtiraçıya 40 dollara başa gəlib. Buna görə də bilərziyi ucuz qiymətə əldə etmək mümkün olacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 29

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Nicat Haşımov

Darts Games

Daha çox >