Oyuncaqları rəqəmsal dünyaya “daşıyan” texnologiya hazırlanıb

[ 12 Aprel, 2018  10:32 ]

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış “Zanzibar” texnologiyası fiziki obyektləri identifikasiya etməyə və izləməyə, “Near Field Communication” texnologiyasının köməyilə barmaqlarla manipulyasiya edərək onlarla qarşılıqlı əlaqədə olmağa imkan verən kiçik elastik xalçadan ibarətdir.

techcult.ru saytının məlumatında bildirilir ki, xalçanı fərdi kompüterə və ya planşetə qoşduqdan sonra qurğu obyekti qəbul edir və ekranda obyektin təsviri meydana çıxır. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

“Project Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandıqlarını görməyə imkan verir.

Layihə aprel ayının sonunda Kanadanın Monreal şəhərində keçiriləcək “Hesablama sistemlərində insan amili” konfransında (ACM CHI 2018 – Conference on Human Factors in Computing Systems) təqdim olunacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 18

Murad Məmmədov

Hands.az

Sara Rəcəbli

BUTA Art & Sweets

Elçin Hüseynov

Balta

Rəşad Qədirov

Darts Games

Pərvin Əmirov

Ticketsetup

Cavid Kərimov

Kercom

Fərid İslamov

Banco.az

Daha çox >