Haker hücumları dünyada İnternetin fəaliyyətində nasazlıqlar yaradıb

[ 10 Aprel, 2018  09:06 ]

Dünyada əksər internet-resursları haker hücumlarına məruz qalıb. Bu, xüsusilə “Cisco” marşrutlayıcılarından istifadə edən provayderlərin təhlükə ilə üzləşməsinə səbəb olub.

macdigger.ru saytının məlumatına görə, İnternet şəbəkəsində “Cisco” avadanlığında boşluqlar axtarmaq məqsədilə onu skan edərək proqram təminatının parametrlərini dəyişən kompüter proqramı (bot) yayılıb. Bot konfiqurasiyalı faylları ləğv edir və onların yerinə ABŞ bayrağının şəklini yerləşdirir.

Bildirilir ki, İnternetin fəaliyyətində yaranmış problemlərlə bağlı bir sıra ölkələrin provayderləri və saytları məlumat verib.

Hakerlərin istifadə etdikləri boşluğun 8 milyondan çox qurğuda mövcud olduğunu bildirən ekspertlər provayderlərin hazırkı vəziyyətini kritik qiymətləndiriblər. “Cisco” tərtibatçıları tərəfindən səhvi aradan qaldıran proqram təminatı buraxılıb. Lakin bu proqram təminatı şirkətin aparatlarının cüzi hissəsində quraşdırılıb.

Qeyd edək ki, boşluğun mövcudluğu hələ ötən ildən məlum olub. “Cisco” şirkəti administratorlar üçün yaranmış problemin aradan qaldırılmasına kömək edəcək təlimatlar dərc edib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 28

Səttar Hümmətli

KhazarApps

Sevinc Bədəlova

Pomada.az

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Yasin Quliyev

Freelancer Azerbaijan

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Aytən Mustafayeva

Yummushaq

Daha çox >